“Spider-Man” rekord qırır

“Spider-Man” rekord qırır
“Spider-Man” rekord qırır

“Spider-Man: Brand New Day” filmi gündən-günə yeni uğurlara imza atır.

Tom Holland və Zendaya­nın baş rollarda olduğu yeni “Hörümçək-adam” filmi ikinci həftəsonunda ABŞ prokatında 144,5 milyon dollar gəlir əldə edib.

Beləliklə, “Brand New Day” filmi ABŞ prokatında ikinci həftəsonu üzrə tarixdə ən çox gəlir gətirən filmlər siyahısında üçüncü pilləyə yüksəlib. Filmi yalnız 2015-ci ildə 149 milyon dollar gəlir əldə edən “Ulduz müharibələri: Gücün oyanışı” və 2019-cu ildə 147 milyon dollar qazanan “Qisasçılar: Final” geridə qoyub.

Mənbə: olay.az