Müğənni Afət Fərmanqızı Xalq artisti, "Şöhrət" ordenli Flora Kərimova ilə arasında baş tutan məhkəmə işi ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında məhkəmə prosesinin yekun qərarını yayımlayaraq, nəticənin onun xeyrinə olduğunu nümayiş etdirib.
Paylaşım qısa müddətdə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və müzakirələrə səbəb olub. İzləyicilər məhkəmə qərarı ilə bağlı müxtəlif fikirlərini şərh bölməsində bölüşüblər.
Afət Fərmanqızının paylaşdığı sənəddə məhkəmə işinin yekun nəticəsinin əks olunduğu bildirilib. Sənətçinin bu addımı Flora Kərimova ilə bağlı daha əvvəl yaşanan məhkəmə prosesini yenidən gündəmə gətirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















