31 yaşlı supermodel Cici Hadid keçmiş “One Direction” qrupunun solisti Zeyn Malikdən olan beş yaşlı qızı Hayla birlikdə istirahətindən görüntülər paylaşıb.
OLAY yazır ki, o, həmçinin kiçik bacısı Bella Hadid və qardaşı Anvarla birlikdə çəkdirdiyi yeni fotoları sosial şəbəkələrində yayımlayıb.
Xatırladaq ki, supermodel Cici Hadid və “One Direction” qrupunun keçmiş vokalisti Zeyn Malik 2015-ci ildə münasibətə başlayıblar. Cütlük altı il ərzində bir neçə dəfə ayrılıb, daha sonra yenidən barışıblar. Onların münasibətləri 2021-ci ildə, qızları Hayın dünyaya gəlməsindən bir il sonra, birdəfəlik sona çatıb.




Mənbə:
olay.az
















