Əməkdar artist Sevda Ələkbərzadə sosial media paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, ifaçı illər əvvəl lentə alınmış arxiv görüntülərini izləyiciləri ilə bölüşüb. Kadrlarda onun Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşovun toyunda iştirak etdiyi görünür.
Sevda Ələkbərzadə paylaşımında görüntülərin 2001-ci ildə çəkildiyini qeyd edib.
"2001-ci il. Murad Dadaşovun toyundan", - deyə sənətçi paylaşımına yazıb.
Aradan uzun illər keçdikdən sonra həmin görüntülərin yenidən yayımlanması sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















