“Ondan gözünü çəkmək mümkün deyil”

“Ondan gözünü çəkmək mümkün deyil”
“Ondan gözünü çəkmək mümkün deyil”

Aktyor Aaron Taylor-Conson “Ağ Lotus” serialının ulduzu Teo Ceyms haqqında təəssüratlarını bölüşüb.

OLAY yazır ki, aktyorlar birlikdə “Londona basqın” adlı ekşn-trillerdə çəkiliblər. Aaron bildirib ki, həmkarı ziddiyyətli obrazını təəccübləndirici dərəcədı yaxşı şəkildə canlandırmağı bacarıb.

“Onu izləmək inanılmaz dərəcədə maraqlıdır. Teonun ekranda xarizmanı, özünəinamı və təkəbbürü təbii şəkildə birləşdirmək istedadı var. Bununla belə, onun obrazı heyrətamiz dərəcədə cazibədar olaraq qalır. Ondan gözünü çəkmək mümkün deyil” deyə Taylor-Conson müsahibəsində filmdəki tərəfdaşı haqqında danışıb.

“Ondan gözünü çəkmək mümkün deyil”
Mənbə: olay.az