"Meta"nın söhbət robotu hesabları ələ keçirir

"Meta"nın söhbət robotu hesabları ələ keçirir
"Meta"nın söhbət robotu hesabları ələ keçirir

"Meta"nın inkişaf etdirdiyi süni intellekt söhbət robotu instaqramdakı hesabların ələ keçirilməsində istifadə edilib.

OLAY BBC-yə istinadən yazır ki, instaqram hazırda bu problemin aradan qaldırıldığını açıqlayıb.

Hesabların ələ keçrilməsi isə bu formada həyata keçirilib:

"Söhbət robotundan müəyyən bir hesabı yeni bir e-poçt ünvanı ilə əlaqələndirməsi istənilib. Süni intellektin yeni ünvana göndərdiyi təsdiqləmə kodu ilə hesabların şifrələri yenilənib. Bu müddətdə "Meta"nın təhlükəsizlik tədbirlərindən yayınmaq üçün VPN vasitəsilə məkanlar fərqli göstərilib və bir çox hesab ələ keçirilib".

Bu üsulla ələ keçirilən hesablar arasında ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentlik dövründə istifadə etdiyi rəsmi instaqram səhifəsi də var.

"Meta"dan bildirilib ki, təhlükəsizlik boşluğunun fərqinə varıldıqdan sonra problem aradan qaldırılıb və təsirlənən hesabların bərpası üçün işlərə başlanılıb.

Mənbə: olay.az