Müğənni Beyonsun müəllif hüquqlarını pozduğu iddiası ilə bağlı ona qarşı məhkəmə iddiası qaldırılıb.
OLAY yazır ki, prodüser Syuji Hirose müğənninin “Alien Superstar” mahnısında onun “Moonraker” kompozisiyasının danışıq formasında olan giriş hissəsindən istifadə etdiyini iddia edir.
İddianı “Hirose Enterprise” şirkəti qaldırıb. Hirose “Moonraker” əsərinin müəllif hüquqlarının ona məxsus olduğunu bildirir.

Mənbə:
olay.az
















