"Bir dənə "sağ ol" deyən yoxdur, sanki elə belə də olmalıdır kimi davranırlar".
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Bağ havası" verilişində deyib.
Sənətçi mahnılarını ondan xəbərsiz, icazə almadan oxuyan müğənnilərdən gileylənib.
"Baxıram videolara, mənim mahınlarımı götürüb oxuyurlar. Sonradan xəbər tuturam.
Lap icazəsiz oxumusansa da, heç olmasa, bir minnətdarlıq et ki, ay Xumar xanım sizin mahnınızı oxudum.
O mahınlarla pul-para qazanırlar. Amma Xumara bir dənə "sağ ol" deyən yoxdur, sanki elə belə də olmalıdır kimi davranırlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun