Son dörd il ərzində frontotemporal demensiya ilə mübarizə aparan aktyor Brüs Uillis və keçmiş həyat yoldaşı Demi Murun üç qızının ən kiçiyi Tallulah Castin Asi ilə ailə qurub.
OLAY yazır ki, 32 yaşlı Tallulah və 2023-cü ildən bəri münasibətdə olduğu Castin Asi evlənmək üçün Uillis və Murun evli olduqları dövrdə qızlarını böyütdükləri Aydaho ştatını seçiblər.
Cütlüyün toyunda gəlinin anası Demi Mur əsas rol oynayıb. Hətta Mur qızının gəlinliyini geyinməsinə və toy üçün hazırlaşmasına şəxsən kömək edib.




Mənbə:
olay.az
















