Moskvada 72 yaşında “12 stul” filminin ulduzu, sovet balerinası və aktrisa Natalya Trubnikova vəfat edib.
OLAY yazır ki, sənətçinin meyitini Tverskoy rayonundakı mənzilində qonşusu tapıb. Məlumata görə, qadınlar əvvəlki gün səhər ünsiyyətdə olublar, lakin axşama yaxın Trubnikova əlaqəyə çıxmayıb. Qonşusu onun mənzilinə daxil olub və aktrisanı həyat əlamətləri olmadan aşkar edib. Məlumata görə, sənətçi son illərdə Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Trubnikova geniş şöhrət və tamaşaçı sevgisini məşhur sovet müzikli “31 iyun” filmində Melisenta şahzadəsi rolundan sonra qazanıb. Yaradıcılıq karyerası ərzində o, həmçinin “Formula lyubvi”, “12 stul” filmlərindəki rolları və Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrın (MAMT) səhnəsində uzunillik fəaliyyəti ilə yadda qalıb.


















