Rusiyalı müğənni İnstasamka (əsl adı — Darya Zoteyeva) Moskvadan Dubaya köçüb və beynəlxalq karyera qurmaq niyyətindədir.
OLAY yazır ki, 26 yaşlı sənətçi bu barədə sosial şəbəkələrdə danışıb. İnstasamka həyat yoldaşı, 25 yaşlı repçi Moneyken (əsl adı — Yeqor Yeropkin) ilə birlikdə altı ay əvvəl Dubaya köçüb. O vaxtdan bəri müğənni mahnılarını ingilis dilinə tərcümə etdirir və karyerasını beynəlxalq bazarda inkişaf etdirməyi planlaşdırır.
O etiraf edib ki, Rusiyanı hələ 2022-ci ildə tərk etməyi planlaşdırırmış. Lakin “Za dengi — da” hitindən sonra Moskvada qalaraq pul qazanmaq və “hayp etmək” qərarına gəlib. Bu yaxınlarda xarici səhnə ilə bağlı arzusunu yenidən xatırlayan sənətçi Dubaya köçüb və artıq Rusiyaya qayıtmaq niyyətində olmadığını bildirib.


















