Xana əri ilə görüntülərini paylaşdı: "Məndən 10 yaş kiçikdir" - (Video)

Xana əri ilə görüntülərini paylaşdı: "Məndən 10 yaş kiçikdir" - (Video)
Xana əri ilə görüntülərini paylaşdı: "Məndən 10 yaş kiçikdir" - (Video)

Qardaşı şəhid olduqdan sonra səhnədən uzaqlaşan Xana Babayevanın (Xanım Babayeva) ailə qurduğu üzə çıxıb.

Milli.Az xəbər verir ki, o, həyat yoldaşı ilə bağlı ona ünvanlanan sualları cavablandırıb:

"Ərim məndən 10 yaş kiçikdir. Evlilyimiz gözəl gedir, yaxşıyıq. Oxumağa icazə vermir. Deyir ki, ancaq mənim yanımda oxuya bilərsən. Artıq isti yuvam, arxamda duran kişi və məni olduğum kimi qəbul edən var".

Qeyd edək ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi zamanı Xananın qardaşı Əmirxan Babayev şəhid olmuşdu. Bu itkidən sonra o, həm sosial mediadan, həm də musiqi fəaliyyətindən uzaqlaşmışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az