Əməkdar artist Coşqun Rəhimov mərhum anasından danışıb.
OLAY yazır ki, bu barədə sənətçi Ülvira Qarayevanın “Astar” TV-də yayımlanan layihəsində açıqlama verib. C. Rəhimov göz yaşı tökərək deyib ki, anası hər kəslə vidalaşıb:
“Atam yaxşıdır, amma onun üçün çox çətindir. Necə bizim üçün, elə də onun üçün. Ümumiyyətlə valideynin yaşı olmur. Gəlimli-gedimli dünyadır. Anamın ölümü bizə həyatı başa saldı. Son günləri idi. Bakıda idim. zəng etdilər ki, gəl, hallaşmaq istəyir. İnanmırdım, getdim...Müalicələri çox oldu. Deyib, balamı istıyirəm, gəlsin. Getdim. Hamı ilə hallaşdı. Tərkidünya idi. Dedi, hansı tərəf uzanım. Qibləsini axtarırdı. Qıymırdıq onu qibləyə uzadaq. Böyüklərlə məsləhətləşdik, dedilər ki, onu qibləyə uzadın. Dedi ki, get filan yerdə filan şey var, gətir, yaylığı böl birini çənəmə, birini ayağıma bağlayın. Bizi o qədər bərkitdi ki, qışqırmayın, ayıbdır. Hamımız dünyadan gedəcəyik. Lakin insanın dünya ilə vidalaşmağı, rahatlığı… Evdə çox adam var idi. Amma halallaşanda yanında həyat yoldaşı, övladları, bir də gəlini idi. Nəvələri yox idi. Halbuki anamın 15-16 nəticəsi var. Elə şərait yaratdı ki, hamısı hansısa işin arxasınca getdi. Bir möcüzə idi. Ölümünü uşaqlara göstərmədi. Ancaq öz uşaqlarına ölümünü göstərdi, dilində Allah sözü ilə canını tapşırdı. Atamla vidalaşdı, kərimeyi şəhadətini dedi. Elə bil gedəndə bütün ağrılarımı apardı. Biz dünya kimi bilirik. Amma mənim dünyam o idi. İlk və son dünyam o idi. Baxmayaraq ki, özüm də babayam, amma... İnsan hansı yaşda olursa olsun özünü sevdirməyi, darıxdırmağı bacar. Allah o dünyasını versin. Atam üçün çox çətindir. Deyir, şəkillərini götürün, nəsə axtarır bütün günü evdə”.