Əməkdar artist Mətanət İsgəndərli görünüşündə etdiyi dəyişikliklə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi bədənşəkilləndirmə əməliyyatından sonra yeni imicini nümayiş etdirib. Onun saç düzümündə etdiyi dəyişiklik isə izləyicilərin marağına səbəb olub.
Belə ki, Mətanət İsgəndərli saçlarını da təxminən 25 il əvvəl istifadə etdiyi formaya qaytarıb. Yeni saç stili sənətçinin əvvəlki görünüşünü xatırladıb.
Əməkdar artistin yenilənmiş imici sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İzləyicilər onun həm saç düzümündəki, həm də ümumi görünüşündəki dəyişikliyə münasibət bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















