Futbolçu Lionel Messi 68 yaşında vəfat edən mərhum atası Xorxe Messi ilə bağlı paylaşım edib.
OLAY yazır ki, futbolçu şəxsi bloqunda Argentina millisinin dünya çempionatının finalına qədər apardığı dövrdə üzərində nə qədər böyük yük hiss etdiyini danışıb və atasının dəstəyi olmadan bundan sonra necə irəliləyəcəyini bilmədiyini etiraf edib.
Messi “Sənsiz nə edəcəyimi bilmirəm. Necə davam edəcəyimi bilmirəm. Ayaqlarımda daha güc qalmayıb. Bu dəfə bədənimin dözə biləcəyindən də artıq güc sərf etməyə çalışdım, amma bacarmadım. Heç cür özümü yaxşı hiss edə bilmədim” deyə yazıb.

Mənbə:
olay.az

















