Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)

Mərhum Xalq artisti Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb.

Hədiyyə qılıncın üzərində yazılıb: "Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993".

Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

Xalq artisti 2018-ci ildə vəfat edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
Mənbə: news.milli.az