Azərbaycanlı məşhurun qızının səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi - FOTO

Azərbaycanlı məşhurun qızının səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi - FOTO

"Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun qızı Suğra xəstəxanalıq olub. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçinin musiqiçi həyat yoldaşı Leyla Namazzadə sosial şəbəkə hesabında məlumat verib. 

Leyla bildirib ki, övladının səhhəti ağırlaşıb, bu səbəbdən Suğra beş gün xəstəxanada müalicə alacaq: "Bütün gecəni xəstəxanada olduq. Ancaq ağlayıb. Həkimlər qızımın xəstəxanada yatmasını dedilər. Həkimi ilə məsləhət etmədən xəstəxanada yatırtmaq istəmədim, çünki damarına iki gün antibiotik vurulmalıdır. Qorxuram artıq... Qızım boğaz infeksiyasına yoluxub.  5 gün xəstəxanada müalicə olunacaq. Qızılca deyil. Ümüdümüz həkimimizədir. 3 gün təsiri artmalıdır". 

Qeyd edək ki, cütlük ötən ilin iyulunda valideyn olub. Onların qız övladı dünyaya gəlib. Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.  

Fəridin isə bu, ikinci evliliyidir. Belə ki, repçi 7 ilə yaxındır ki, ilk həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun