Əməkdar artist Lalə Məmmədova dinləyicilərinə yeni mahnısını təqdim edib.
OLAY yazır ki, sənətçinin təqdim etdiyi yeni iş "Öz dərdim bəsimdir" adlanır.
Mahnının sözləri Xanlar Corata, musiqisi isə tanınmış qarmon ifaçısı Orxan Mirnatiqoğluna aiddir. Layihənin aranjimanını Coşqun Qadaşov, səs uzlaşmasını isə Ağası Nəsirov həyata keçirib.
Lirik ruhda olan bəstə daxili çətinlikləri və həsrəti səssizcə yaşayan bir insanın hisslərindən bəhs edir. Lalə Məmmədovanın həzin ifası bu emosional əhval-ruhiyyəni dinləyiciyə xüsusi bir incəliklə ötürür.
Mahnı "BEAT Music" leyblı tərəfindən rəqəmsal musiqi platformalarında təqdim olunub.



Mənbə:
olay.az

















