"Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa, dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik".
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri rejissor Emil Quliyev sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.
O hələ də pulunu ala bilmə: "Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da kinoteatrımız işıqlı olsun".
Məsələ ilə bağlı Nizami Kino Mərkəzinə sorğu ünvanladıq. Mərkəzin Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, ödənişdə gecikmə olması doğrudur: "Bu o demək deyil ki, ödəniş olunmayacaq. Hər şey müqavilə əsasındadır. Sözsüz ki, ödəniş olunacaq. Bu, Emil Quliyevin Nizami Kino Mərkəzində yayımlanan ilk filmi deyil. Daha əvvəlki bütün filmlər üçün ödəniliş edilib. İşıqpulu məsələsinə gəldikdə isə, kommunal borclar hər yerdə olur. Bu o demək deyil ki, filmdən gələn pulu işıqpuluna xərcləmişik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun