İyun ayında bir müddətdir birlikdə olduğu sevgilisi Naz Canbazla nişanlanan türk müğənni Gökhan Özendən bu dəfə evlilik xəbəri gəlib.
OLAY yazır ki, ABŞ-də nikah masasına əyləşən cütlük xoşbəxtliklərini sosial media hesablarında izləyiciləri ilə bölüşüb. Özen romantik fotoların altına mesaj da yazıb:
“Bu həyatda ən gözəl şeylərdən biri doğru insanı tapdıqda hər şeyin öz yerini tapmasıdır. Sevgi, hörmət, sədaqət və bir qadına həqiqətən dəyər verməyin zərifliyi... Qalan hər şey sadəcə təfərrüatdır.”




Mənbə:
olay.az
















