Vəfa Şərifova ilk dəfə sevgilisini göstərdi - (Video)

Vəfa Şərifova ilk dəfə sevgilisini göstərdi - (Video)
Vəfa Şərifova ilk dəfə sevgilisini göstərdi - (Video)

Müğənni Vəfa Şərifova istirahətindən paylaşdığı görüntülərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi sosial media hesabında yayımladığı videoda sevgilisi olduğu deyilən şəxsi ilk dəfə izləyicilərinə göstərib.

Lakin Vəfa Şərifova həmin şəxsin üzünü gizlədib və onun kimliyini açıqlamayıb. Bu səbəbdən paylaşım izləyicilər arasında maraq və müzakirə yaradıb.

İfaçının şəxsi həyatına dair bu paylaşımı sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Onlar videoya müxtəlif şərhlər yazaraq Vəfa Şərifovanın sevgilisinin kimliyi ilə bağlı maraqlarını ifadə ediblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az