YAP10 "Gözləri Qara" klipini təqdim etdi

YAP10 "Gözləri Qara" klipini təqdim etdi
YAP10 "Gözləri Qara" klipini təqdim etdi

YAP10 (Zamiq Əliyev) "Gözləri Qara" adlı yeni klipini dinləyicilərin ixtiyarına verib.

OLAY yazır ki, mahnının sözləri və musiqisi YAP10-un özünə məxsusdur. Aranjiman üzərində Salman Həziyev (Blanwsh) və Elmir Süleymanlı (TwoXtasy) çalışıblar. Bəstədə türk sazı partiyalarını Cəlil Bəşirli ifa edib. Səs yazısı sənətçinin özünə məxsus "Techboss" səsyazma studiyasında həyata keçirilib. Trekin miksinqini Rijey, masterinqini isə Ramin Əli Vəlibəyov yerinə yetirib.

Bəstə rəsmi təqdimatından əvvəl sosial media platformalarında, xüsusilə "TikTok"da böyük maraq doğurub, geniş şəkildə paylaşılıb və viral olub.

Klipin rejissoru Bahti Bababdır. Layihədə görüntü rejissoru kimi Çingiz Qulaməliyev, işıqçı kimi Səxavət Süleymanov, rejissor köməkçisi kimi isə Nicat Əhmədli yer alıb. Montaj və rəng korreksiyası işləri "Baba Media AZ" tərəfindən həyata keçirilib.

Ekran işində sənətçinin tərəf-müqabili rolunda influenser Nərmin Mahir qızı (NarminSun) çəkilib.

"Gözləri Qara" artıq rəqəmsal platformalarda yayımlanıb.

Mənbə: olay.az