Aparıcı Leyla Quliyeva əksər tədbir və məclislərdə tərəf müqabili olan, həmkarı Tural Əsədovla bağlı paylaşım edib.
OLAY yazır ki, o, Turalın ad gününə təbrik yazıb:
“Nə qədər ki, gülməyə zarafatımız, danışmağa söhbətimiz, qırmağa qeybətimiz, kövrəlməyə səmimiyyətimiz var, o qədər də dostluğumuz davam edəcək. Və nəzərə alsaq ki, yuxarıda saydıqlarım bitən deyil, deməli, biz hələ çox illəri beləcə deyə-gülə yola salacağıq. Təki sağlam ol, uğurlu ol, ailənlə, doğmalarınla xoşbəxt yaşa! Səsin gəlsin, özün gəl”.




Mənbə:
olay.az
















