“Karib dənizinin quldurları” franşizasının 6-cı filmində Conni Depp yenidən “Kapitan Cek Serçə” rolunda görünə bilər.
OLAY yazır ki, filmin prodüseri Cerri Brukhaymer açıqlamasında aktyorla danışıqların aparıldığını bildirib. Onun sözlərinə görə, hazırda ssenari üzərində fəal iş gedir və Depp ilə razılığa gəlməyə ümid edirlər.
Hələ 2025-ci ilin avqustunda Brukhaymer altıncı filmin bütün franşizanın yenilənmiş versiyası kimi düşünüldüyünü və Deppin layihədə yer almasını istədiyini deyib. Bundan əlavə, Uill Törner obrazını canlandıran Orlando Blumun da franşizaya qayıtmaqda maraqlı olduğu bildirilir. Lakin hazırda nə Deppin, nə də Blummun iştirakı ilə bağlı yekun razılaşma rəsmi şəkildə təsdiqlənib.

Mənbə:
olay.az
















