Türkiyəli aktrisa Yıldız Çağrı Atiksoy ilk dəfə qızı Mira Milena ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, instaqram hesabında həyat yoldaşı aktyor Berk Oktayın da yer aldığı fotoları izləyiciləriylə bölüşərək bu sözləri yazıb:
“21 may 2024. Həyatımın ən qorxunc günü olaraq başlayıb, ən möcüzəvi gününə çevrilərək tariximə yazılıb. Həyat bizə yolumuza daxil etdiyimiz insanların önəmini bir daha xatırlatdı. Öncə hər zaman rəbbimə sonsuz şükür olsun. Mira Milenamızı sağ-salamat qucağımıza almağımızı təmin edən həkimimizə minnəttaram. Qızım aramıza bizi bir az qorxudarak qatılmaq istədi. Şükürlər olsun ki, hekayəmiz xoşbəxt bitdi. Növbəti 21 maylar mənim üçün sadəcə xoşbəxtliyin, eşqin, möcüzənin adı olacaq. Dünyamıza xoş gəldin, Miloşum”.
Qeyd edək ki, Yıldız və Berk 2022-ci ildə ailə qurublar.