Məşhur amerikalı sənədli film rejissoru Morqan Spurlok vəfat edib.
Milli.Az axşam.az-a istinadla xəbər verir ki, rejissor 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Spurlok karyerası boyunca çoxsaylı filmlərin rejissor kürsüsündə əyləşib. "One Direction: This Is Us" və "The Greatest Movie Ever" bunlardan bir neçəsidir. Lakin o, daha çox "fast-food"un təhlükələrindən bəhs edən "Double Help" adlı sənədli filmi ilə tanınır. Bu filmdə Spurlok bir ay ərzində hər gün "fast-food" yeyir və bədənindəki dəyişiklikləri təqdim edir.
30 günlük ərzində o, 11 kiloqramdan çox çəki atıb, qanında xolesterin normanın yuxarı həddinə çatıb, əhvalı dəyişib, cinsi həyatı kəskin şəkildə pisləşib və onda qaraciyər problemləri yaranıb. Morqanın yenidən forma alması 14 ay çəkib.
2004-cü ildə ekranlara çıxan film cəmiyyətdə səs-küyə səbəb olub və "Oskar" mükafatına namizəd olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun