“Qızlarımız “TikTok”u əxlaqsız platformaya çeviriblər” - VİDEO

“Qızlarımız “TikTok”u əxlaqsız platformaya çeviriblər” - VİDEO

""TikTok" qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Rövşanə "TikTok" sosial şəbəkə platformasını mənəvi terror adlandıraraq tənqid edib: 

"Müğənnilər "TikTok"a normal mahnılarını qoysalar, nə olar? "Facebook" bu gün ən ciddi platformaya çevrilib. Nə üçün "TikTok" deyirik? "TikTok"u biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq-mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun