Aparıcı və prodüser Tarix Əliyev (Tolik) mərhum İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovla bağlı paylaşım edib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Tolik sosial şəbəkə hesabında mərhum sənətkara həsr olunmuş və özünün iştirak etdiyi "O üz" verilişindən görüntüləri yayımlayaraq 8 ay itkin düşdüyü deyilən Orxanın 5 ay əvvəl sağ olduğunu yazıb.
- İlhamə Quliyevanın oğlu itkin düşdü
- "İlhamə Quliyeva Orxanın həyatını məhv edib" - FOTO
"Deyirəm, 5 ay bundan öncə "O üz" verilişi İlhamə Quliyevaya həsr olunmuşdu. Mən də orada idim. Orxanla onda əlaqə saxlayıblar, sağ idi. İndi deyirlər, 8 aydır xəbər yoxdur", - deyə, T. Əliyev vurğulayıb.
Qeyd edək ki, Orxanın doğma anası Lalə xanım "Səni axtarıram" ictimai-sosial verilişinə gələrək oğlundan 8 aydır ki, xəbər ala bilmədiyini, itkin düşdüyünü söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun