Əməkdar artist Dilarə Əliyeva açıqlamalarıyla diqqət çəkib.
Milli.Az olay-a istinadən bildirir ki, sənətçi bayağı janrının yaradılmasını təklif edib. O, bu barədə aparıcısı olduğu "Söhbət var" verilişində danışıb.
"Bayağı mahnı oxuyanlar boyunlarına almırlar ki, bu bayağıdır. Deyir, mənim ifam bayağıdır? Kim deyə bilər? Mənim səsim, məndə olan səs. Mənim oxuduğum muğam, onu kim oxuya bilər. Ay başına dönüm, onda onu oxu. Bunu niyə edirsən? Mən deyirəm ki, boyunların ki almırlar, onlar da, biz də rahatlayaq, onlara qulaq asanlar da bilsinlər ki, hansı mahnıya qulaq asırlar. Gəl, bu bayağını janr edək. Mədəni çıxsın. Bayağı janrı. Tamaşaçı bilsin. Özümüzdən asılı deyil. Bəzi adamlar var, dilinə, beyninə, ürəyinə, sümüyünə düşür, bir də baxırıq ki, düşmüşük. Adı bayağı janrdır, ondan sonra orada baxırsan ki, jurnal açılır, orada nə qədər oxuyanlar var. Onlar da desinlər ki, biz bayağı janrın ifaçılarıyıq", - deyə, D. Əliyeva söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun