Ona biznes qurmaq qadağan edildi

Ona biznes qurmaq qadağan edildi
Ona biznes qurmaq qadağan edildi

Rusiyanın Xalq artisti Filipp Kirkorov 2028-ci ilin sentyabrına qədər Rusiyada yeni biznes aça bilməyəcək.

OLAY yazır ki, məhdudiyyət sənətçi ilə əlaqəli iki şirkətin daha əvvəl Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə qeyri-dəqiq məlumatlar daxil etməsi ilə bağlıdır.

Şirkətlərdən biri — “Filipp Kirkorov Korporation” artıq fəaliyyətini dayandırıb. Digər şirkət, geyim, ayaqqabı və digər məhsulların satışı ilə məşğul olan “Fill fo yu” reyestrdə yanlış ünvan göstərib. Nəticədə Kirkorova tətbiq edilən məhdudiyyət 18 sentyabr 2028-ci ilədək qüvvədə olacaq.

Ona biznes qurmaq qadağan edildi
Mənbə: olay.az