Reper Kanye Uest bu payız Rusiyada konsert verəcək.
OLAY yazır ki, amerikalı reperin konsertlərinin oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilməsi planlaşdırılır. Bu barədə xarici ifaçıların konsertlərinin təşkili ilə məşğul olan “Say Edjensi” şirkəti məlumat yayıb. Biletlərin qiyməti isə 9 min rubldan 160 min rubla qədər dəyişir.
Təşkilatçılar iki gün ərzində ümumilikdə 160 minədək tamaşaçı qəbul etməyi planlaşdırırlar. Kanye Uestlə müqavilə artıq imzalanıb və sənətçinin qonorarının ödənildiyi bildirilir.

Mənbə:
olay.az
















