Seçim turunda iştirak edən ifaçılar Azərbaycan deleqasiyasından narazılıq edib.
OLAY 12xal-a istinadən yazır ki, artistlər seçimlərin şəffaflığından şüphə duyduqlarını bildiriblər.
Onlar “Long-list”dən “Short-list”ə peşəkar münsiflər tərəfindən canlı çıxışlarda əldə etdikləri dəyərləndirmələri, o cümlədən, 6-lıqda qalan namizədlər “Focus Group”un verdiyi səsləri və rəyləri görmək istəyirlər.
Hansı ki, qeyd olunan səsvermə nəticələrində münsiflər və Avroviziya ekspertlərinin vermiş olduğu xallarla yanaşı mahnı və ifaçılarla bağlı edilən rəylər bildirilib.
Artistlər də haqqı olaraq bu nəticələrə, mahnı və ifaları ilə bağlı fikirlərə nəzər yetirmək istəyir.
Onu da əlavə edək ki, bundan öncəki illərdə “Focus Group”un vermiş olduğu səslər seçimlərdə iştirak edən bütün namizədlərə xallar və rəylər olmaqla təqdim edilirdi.