"Qızımı qohuma vermişəm, oğluma da qohumdan qız almaq istəyirdim. Amma hələ ki, qalıb, qismət".
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova deyib.
Sənətçi oğlunu evləndirərkən razılaşma əsasında qız seçəcəyini bildirib:
"Mənim uşaqlarımın xasiyyətləri elədir ki, mən onlara məcbur heç kimi ala bilmərəm. Heç olmasa razılaşma olmalıdır. Mənim də narazılığım olsa, oğlum dirənib, kimisə alacağını deməz. Bizdə belədir".
Qeyd edək ki, Könül Kərimova bir müddət öncə oğlunu evləndirmək istədiyini deyib. O, bütün mülklərinin övladı ilə ailə quracaq xanıma qalacağını bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun