Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)

Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)

Aktrisa və aparıcı Zümrüd Qasımova mərhum atası ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, o, atasının ad günü olduğunu bildirərək bu sözlərə onun xatirəsini yad edib:

"Atam. 75 yaşın mübarək olsun. Kaş bu gün 75 yaşını bizimlə birlikdə qeyd edə biləydin. Kaş sağ olaydın. Əminəm ki, həyatımız da tamam başqa cür olardı. Sən bizi yalnız böyütmədin, vicdanlı, mərhəmətli, insanın dərdinə biganə qalmayan insanlar kimi böyütdün. Bizə öyrətdin ki, insanın ən böyük sərvəti onun ürəyi və vicdanıdır. Bu gün həyatda olmadığın üçün çox şey yarımçıq qalıb. Amma səndən aldığımız tərbiyə, öyrətdiyin dəyərlər bizimlə yaşayır".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
Mənbə: news.milli.az