Paparatsiyalar model Heyli Biberi Beverli-Qlendə, məşhur müğənni əri Castin Biberlə birlikdə məşqdən sonra idman zalından çıxarkən görüntüləyiblər.
OLAY yazır ki, ictimaiyyətin diqqətini cütlüyün görünüşündən çox, Heylinin barmağındakı yeni üzük çəkib.
Modelin sol əlində “kushion” kəsimli, uzunsov formalı brilyant diqqət çəkib. Bu, Heylinin daim yenilənən zinət əşyaları kolleksiyasına əlavə etdiyi növbəti aksesuardır.


Mənbə:
olay.az
















