Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı

Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Pərvin həyat yoldaşı ilə bağlı paylaşım edib.

"Mənim quru nəfəsim sənə qurban, Emin! Canlı ölü olsam da, balalarımız üçün ayaqda durmalıyam! Sənin qədər güclü ola bilməsəm də, var gücümlə onları böyütməliyəm! Sən mənim evimin işığı, dirəyidin! Qaranlıqda qalmışam. Hər yerdə nəfəsin var, gəlməyən nəfəsinə yarımçıq canım qurban! Artıq ölümdən qorxmuram! Rahat yat Eminim, qoyub getdiyin hər bir şeyi gözüm kimi qoruyacağam. Dua etməkdən başqa əlimdən bir şey gəlmir... Sən mənim ürəyimsən!" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərindəki M.Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.

Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova Eminin bir müddət əvvəl ağır yol qəzası keçirdiyini və bunun onun səhhətinə ciddi təsir etdiyini açıqlayıb. Pərvinin ad günündə Eminin ürəyi dayanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
Mənbə: news.milli.az