Niderlandda narkotik madddə gəzdirdiyi üçün həbs edilən müğənni Niki Minajdan xəbər var.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçi həbs edildiyindən İngiltərədəki konserti təxirə düşüb.
Niki Amsterdam həbsxanasında 6 saat qaldıqdan sonra İngiltərənin Mançestr şəhərinə gəlib.
Sənətçi onu əsassız yerə həbs etdiklərini bildirib.
Niki təxirə düşən konsertinə görə isə sevənlərindən üzr istəyib:
"Xahiş edirəm, xahiş edirəm mənim qəlbdən etdiyim üzrləri qəbul edəsiniz. Bu gün məni şox incitdilər. Amma bu da keçəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun