Xəbər verdiyimiz kimi, aparıcı Nurlana Cəfərova uzun fasilədən sonra İctimai TV-də yayımlanan "Dikdaban" verilişi ilə efirə çıxıb. Bu isə proqramın digər aparıcılarından olan Kamilə babayevanın layihədən ayrılması ilə bağlı iddiaların yayılmasına səbəb olub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı K.Babayeva axşam.az-ın suallarını cavablandırıb.
O bildirib ki, İTV-dəki fəaliyyəti davam edir:
"Hazırda Bakıda deyiləm. Amma 3 həftə efirə çıxıram, 1 həftə isə dincəlirəm. Kanaldakı fəaliyyətim davam edir".
Qeyd edək ki, K.Babayeva uzun fasilədən sonra bu mövsüm "Dikdaban" verilişi ilə efirə qayıdıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun