Alsu milyonçu ərindən BOŞANIR

Alsu milyonçu ərindən BOŞANIR

Tanınmış rusiyalı müğənni Alsu 18 il birlikdə yaşadığı əri Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, boşanma üçün ərizə Moskvanın Presnenski rayonundakı məhkəməyə daxil olub.

Bildirilir ki, əmlak və qəyyumluq hüquqlarının bölünməsi ilə bağlı iddialar boşandıqdan sonra veriləcək.

Xatırladaq ki, Alsu və Yan Abramov 2006-cı ildə ailə həyatı qurublar. Cütlüyün üç övladı var - qızları Safina və Mikella, həmçinin səkkiz yaşında olan oğlu Rafael.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun