Kann Film Festivalında qalmaqal yaşanıb.
Milli.Az olay-a istinadən bildirir ki, Dominikan Respublikasının aktrisası Massiel Taverasın pilləkənlərdə şəkil çəkdirməsinə icazə verilməyib.
Ətəyində İsa Peyğəmbərin rəsmi əks olunan aktrisa festivalın işçiləri tərəfindən oradan zorla uzaqlaşdırılıb. Bu zaman sənətçi mühafizə xidmətinə qarşı çıxıb.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda Massielin onu pilləkənlərdən uzaqlaşdırmağa çalışan qadın işçi ilə arasındakı münaqişə əks olunub.
Sosial şəbəkə istifadəçilər festival işçisinin aktrisaya hörmətsizlik etdiyini yazıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun