Türkiyəli məşhur müğənni Seda Sayanın bacısının əməliyyatdan sonrakı görünüşü diqqət çəkib.
Milli.Az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun xarici görünüşündəki dəyişiklik nəzərə çarpıb. Əməliyyatdan sonra xeyli dəyişdiyi və əvvəlkindən daha gənc göründüyü bildirilib.
Bacısının yeni görüntüləri sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir çox izləyici onun əməliyyatdan sonra yaşından xeyli cavan göründüyünü vurğulayıb.
Sözügedən görüntüləri təqdim edirik.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















