Amerikalı reper Şon Kombs (P. Diddy) reper Tupak Şakurun qətli ilə bağlı işdə təqsirləndirilən şəxsə çevrilmək riski ilə üz-üzədir.
OLAY yazır ki, Kombsa qarşı ittiham irəli sürülməsi ehtimalı quldur Dueyn “Keffe D” Devisin ifadələri ilə əlaqələndirilir. Devis Kombsun cinayətə aidiyyəti olduğunu iddia edir.
ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) 2025-ci il hesabatına əsasən, Devis Şon Kombsun təkcə Tupak Şakurun deyil, “Death Row Records” leyblının təsisçisi Şuq Naytın da öldürülməsini sifariş etdiyini bildirib.
Xatırladaq ki, dörd albom buraxan Tupak Şakur 25 yaşında həyatını itirib. 7 sentyabr 1996-cı ildə onun avtomobili atəşə tutulub, 13 sentyabrda isə reper aldığı güllə yaralarından vəfat edib.

Mənbə:
olay.az
















