Şahzadə Harri və Meqan Markl kral ailəsindəki rəsmi vəzifələrindən ayrılaraq ABŞ-a köçmələrindən altı il sonra İngiltərəyə qayıtmağa hazırlaşırlar.
OLAY yazır ki, cütlük övladları Şahzadə Arçi və Şahzadə Lilibetlə birlikdə bu ay ərzində İngiltərəyə köçəcək. Arçi və Lilibetin isə sentyabr ayında İngiltərədə məktəbə başlayacağı qeyd olunur. Ailənin harada yaşayacağı hələ açıqlanmayıb. Lakin onların kral ailəsinə məxsus mülklərdən birində deyil, özəl evlərində məskunlaşacağı gözlənilir. Ailənin Montecitodakı evlərini də qoruyacağı bildirilir.
2020-ci ildə kral ailəsinin işləyən üzvləri kimi vəzifələrindən imtina edən Harri və Meqanın İngiltərəyə qayıtması onların kral vəzifələrinə yenidən başlayacağı anlamına gəlmir. Hazırda belə bir planın olmadığı bildirilir.

















