Dünya pop səhnəsinin ulduzu Britni Spirsin atası, keçmiş meneceri və qəyyumu Ceymi Spirsin ayağı bir ay əvvəl amputasiya edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Spirsin atasının bədənində ciddi infeksiya olub və ayağı amputasiya edilib.
Mənbələr Ceyminin ayağı kəsildikdən sonra Britninin atasına qarşı yumşaldığını, məşhur müğənninin ata üçün darıxdığını, hətta atasına pul da göndərdiyini bildirib.
Həmçinin, Ceyminin qızı ilə barışmaqdan başqa heç nə istəmədiyi də iddia edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun