Rusiyanın Əməkdar artisti həbs olundu

Rusiyanın Əməkdar artisti həbs olundu

Rusiyanın Əməkdar artisti Ramila İskəndər ötən il Moskvada iki kiloqram narkotik maddə ilə saxlanılmışdı.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, ötən gün aktrisaya hökm oxunub. O, 6 il 6 ay müddətinə həbs olunub.  Məhkəmə onu xüsusilə böyük narkotik satışına cəhddə təqsirli bilib.

Qeyd edək ki, Ramila İskəndər rus seriallarında və filmlərində rolları ilə tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun