Mabel Matiz adı ilə tanınan türk müğənni Fatih Karaca “Ha Leylim” adlı mahnının sözləri və videoklipi ilə bağlı əxlaqsızlıq ittihamı üzrə başladılan istintaq çərçivəsində ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyə Sarayına gəlib.
OLAY yazır ki, prokurorluqda ifadə verdikdən sonra Matiz xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbirinin tətbiq olunması tələbi ilə sülh cəza hakimliyinə göndərilib.
Tələb doğrultusunda barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunan Matiz prosedurlardan sonra ədliyyə binasından ayrılıb.
Mənbə:
olay.az
















