Əməkdar artist iki aya 55 kiloqram arıqladı

Əməkdar artist iki aya 55 kiloqram arıqladı

Əməkdar artist Abbas Bağırov arıqlamağından danışıb.

OLAY yazır ki, sənətçi bu barədə oxu.az-a açıqlama verib:

“Altı-yeddi ay öncə fərqli ab-havaya düşmüşdüm. Bir qədər artıq çəki almışdım. İşləmək istəmirdim. O durum məni müəyyən stresə, lazımsız düşüncələrə aparırdı. Daha çox istirahət etmək istəyirdim. Sonra qərara gəldim ki, bu mənə ziyan edir. Düşündüm ki, arıqlamaq mənim üçün problem deyil. İki ay ərzində 55 kiloqram arıqladım”.