Sevgili olduqlarını danan Ərbilin yalanlarını ifşa etdi - FOTOlar

Sevgili olduqlarını danan Ərbilin yalanlarını ifşa etdi - FOTOlar

Xəbər verdiyimiz kimi, türkiyəli şoumen Mehmet Əli Ərbilin özündən 44 yaş kiçik Nevide Çiçek adlı xanımla münasibətdə olduğu iddia edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 66 yaşlı Ərbil haqqında çıxan xəbərləri təkzib etsə də, Nevide onun bu reaksiyasına sərt qarşılıq verib.

"Səfərdən dönən kimi məni "qara siyahı"ya atıb köməkçisindən də mənə mesaj atır ki, "Sevgilisiyəm, bir daha bizi narahat etməsən sevinərəm". Biz səninlə Kiprdən 6 saatdır qayıtmışıq. O dəqiqə də məni "qara siyahı"ya atmısan, buradan nə başa düşüm? Mükafatlandırma gecəsi az arxamca qaçmışdın? "Görüşdüyüm biri var" deyəndə "Ayrılacaqsan, belə şey olmaz" deyən sən idin" deyə, Nevide bildirib.

Nevide həmçinin Ərbillə yazışmalarını və birlikdə olduqlarını sübut edən görüntüləri də sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Bundan başqa, Nevide sosial media hesabından ona söz atan Ərbilin eks-nişanlısı Gülseren Ceylanı haqqında səsləndirdiyi fikirlərə görə ondan şikayətçi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun