Zümrüd aparıcıların toy qiymətlərindən danışdı!

Zümrüd aparıcıların toy qiymətlərindən danışdı!

Aparıcı Zümrüd Bədəlova son günlər saytlarda yayılan “aparıcıların fantastik toy qiymətləri” xəbərinə reaksiya verib.

OLAY yazır ki, TV ulduzu bu barədə “Sözbaz”ın “xəbər10 var?” bölümündə danışıb.

“Standart qiymət deyilən bir anlam yoxdur. Çünki hər sifarişçi az da olsa, endirim etdirir. Nadir hallarda olur ki, istədiyin qiyməti verirlər. Hətta çox vaxt üstünə bir az da əlavə edib deyirsən, razılaşırlar. İnanmıram ki, son bir neçə ildə bu siyahıda yer alan hansısa aparıcı bu qiymətə toya gedə. Məsələn: Kəmalə Piriyevanı heç vaxt toyda görməmişəm. Toy aparıcılığı üçün 10 min, 15 min, 25 min absurd qiymətlərdir”.

Proqram zamanı jurnalist Pərviz Hüseyn isə siyahıda yer alan Zaur və Günay cütlüyü, Zaur Kamal, Nanə Ağamalıyeva, Kəmalə Piriyeva və Elgiz Əkbərin toy aparıcılığı etmədiyini bildirib.

Qeyd edək ki, təqdim edilən siyahıda bu qiymətlər yer almışdı:

Zaur Kamal – 15 min manat

Elgiz Əkbər – 14 min manat

Zaur və Günay Baxşəliyevlər – 25 min manat

Afaq Gəncəli – 10 min manat

Vüsalə Əlizadə – 15 min manat

Kəmalə Piriyeva – 8 min manat

Mətanət Əliverdiyeva – 5 min manat

Nanə Ağamalıyeva – 15 min manat