Onun gəlişi Naibə Allahverdiyevanı ağlatdı - VİDEO

Onun gəlişi Naibə Allahverdiyevanı ağlatdı - VİDEO

Xalq artistləri Naibə Allahverdiyeva ilə həmkarı Lətifə Əliyevanın efirdəki görüşü göz yaşlarına səbəb olub.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, kövrək dolu anlar "Qonaqcanlı" verilişində yaşanıb.

  • Tolikin ad günündə BARIŞDILAR - VİDEO
  • "Cəhənnəm odunda yanmaq istəməzdim"

Uzun zamandır efirlərdən uzaqlaşan Lətifə Əliyevanı studiyada görən N.Allahvervediyeva onu qucaqlayıb, əllərindən öpüb və ağlayıb. L.Əliyeva da bu anlardan təsirlənərək göz yaşlarına qərq olub.

N.Allahvervediyeva bildirib ki, Gənc Tamaşaçılar Teatrına işə düzəlməsinin ən böyük səbəbkarı Lətifə Əliyeva olub:

"Siz mənə həyatı yaşatdınız. Uzun illərdir ki, Lətifə xanımı görmürdüm. Lətifə xanım mənim mənəvi anam olub. Səhnə həyatımda əlimdən tutub. Gənc Tamaşaçılar Teatrını tərk etmək istədiyim anda pilləkanlarda əlimdən tutub və qoymayıb ki, oradan çıxıb gedim. Mən o günləri heç zaman unutmayacağam. Siz, Lətifə xanım, böyük sənətkarsınız və çox dəyərlisiniz. Əvəzedilməzsiniz! Nə yaxşı ki, varsınız. Sizə hər şeyə görə təşəkkür edirəm. Bu gün mənim bu yerdə olmağımın və o teatrda qalmağımın səbəbkarı sizsiniz, Lətifə xanım. Uzun illər əvvəl Naxçıvandan Bakıya gəlmişdim. Məni teatra işə götürmürdülər. Əvvəllər orada administratorun köməkçisi vəzifəsində çalışırdım. Ora da məni həmkarım Tarıyel Qasımov düzəltmişdi. Gəlişim teatrın yubileyinə təsadüf etmişdi. Dedim ki, Mədəniyyət Nazirliyindən mənə yer ayrılıb, bu teatrda çalışmağa gəlmişəm. Teatrın yubileyidir, mənə də paltarımı dəyişməyə otaq lazımdır. Filan otağa getməyimi söylədilər. Getdim gördüm ki, orada çox sayda aktrisalar əyləşib. Əlimdə çantamla girdim otağa dedim ki, məni buraya göndəriblər. Onlar mənə söylədilər ki, sənə burada yer yoxdur. Həm də o ərəfədə teatrın təmirdən sonra açılışı idi. Dəhlizdə boynu bükük, beləcə durdum... Birdən məni ağlamaq tutdu. Ürəyimdə fikirləşdim ki, dəyəsən,burada mənə yer yoxdur, çıxım gedim. Elə yadımdadır ki, o anlar... Ayağımı atanda bir də gördüm ki, Lətifə xanım yuxarıdan çıxır. Məni görüb dedi ki, qızım, hara gedirsən? Bəs, sən teatrın yubileyinə gəlmirsən? Cavab verdim ki, teatrda yer istədim, amma mənə o yeri vermədilər. Deyəsən, mənim bu teatrda yerim yoxdur. Ona görə də mən gedirəm. Lətifə xanım məni qucaqlayıb söylədi ki, mənin otağım sənə qurbandır.

Gedək otağıma və nə qədər istəyirsən, otur. Əlimdən tutub gətirdi öz otağına. Söylədi ki, zaman gələcək sən bu teatrın ən məşhur aktrisası olacaqsan. Ona görə də mən ömür boyu Lətifə xanıma minnətdaram".

Naibənin bu sözlərinə L.Əliyeva qarşılıq verərək "Bəli, bunlar həqiqətdir" sözlərini dönə-dönə dilə gətirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun